Hadisə

FHN-in keçmiş inspektoru vətəndaşlardan 161 min manat pul alıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Zaur Qafarov və Məmməd Əliyevin (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Zaur Qafarovun şikayəti qismən təmin edilib, onun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Əliyevə şərti cəza verilib.

İttihama görə, Zaur Qafarov Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru və Məmməd Əliyev isə “Gulf Drilling” şirkətinin Azərbaycandakı nümayəndəliyində sürücü vəzifəsində çalışıb. Zaur Qafarov həmin vəzifədə işləyərkən tanışları Məmməd Əliyev və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Qusar rayon sakini S.M-ni (şərti) FHN-ə işə qəbul edilməsində köməklik göstərilməsi barədə yalan məlumat verib və ondan 10 min manat pul alıb. O, tanışları ilə birgə bu yolla bir neçə şəxsi aldadaraq, onlardan ümumilikdə 161 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Bənzər yazılar

Back to top button