Dünya

Pakistanda terror təşkilatı liderinin həbsi kütləvi etirazlara səbəb oldu

Tehreek-e-Labbike Pakistan (TLP) islami terror təşkilatının lideri Əllamə Saad Hüseyni Rizvinin həbs olunmasına qarşı Pakistanın Lahor, İslamabad, Qucranval, Peşavar və digər böyük şəhərlərində kütləvi etirazlar başlayıb. Polis güc, su şırnaqları və hərbi silahlardan istifadə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli media və sosial şəbəkələr məlumat yayır.

Rizvi və onun təşkilatı 2020-ci ilin noyabr ayında Pakistan hökumətindən Fransa səfirini qovmağı və Parisdəki “Charlie Hebdo” nəşrində Məhəmməd peyğəmbərin karikaturalarının yayımladığı və Fransız məktəb müəllimi ilə yaşanan hadisə ilə əlaqədar bu ölkəylə ticarət əlaqələrini kəsməsini tələb edib.

Hakimiyyət onun tələblərini Pakistan parlamentində nəzərdən keçirəcəyinə söz versə də, vədlərinə əməl etməyib. Daha sonra TLP lideri tərəfdarlarını etiraz etməyə çağırıb və iğtişaşlara təhrik etdiyi üçün polis tərəfindən həbs edilib.

Bənzər yazılar

Back to top button