Cəmiyyət

Prezident Arif Məmmədovla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Arif Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzToday.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Arif Məmmədov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorudur.

Bənzər yazılar

Back to top button