İdman

“Barselona”nın müdafiəçisi zədələndi

“Barselona”nın və Fransa millisinin müdafiəçisi Jül Kunde xəsarət alıb.

Fanat.az xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunun oyununda – Avstriya ilə matçda (2:0) zədələnib.

“Xoruzlar”ın baş məşqçisi Didye Deşam Kundeni 23-cü dəqiqədə əvəzləmək məcburiyyətində qalıb.

İndilik müdafiəçinin zədəsinin nə dərəcədə ciddi olduğu bilinməsə də, Jülün uzun müddətə sıradan çıxması “Barsa”nın baş məşqçisi Xavi üçün ciddi problem yarada bilər.

Bənzər yazılar

Back to top button