Bizim seçimGündəmHadisəManşetÖnə çıxanlar

Göyçayda sel avtomobil körpüsünü sıradan çıxarıb, evlər uçma təhlükəsi ilə üzləşib – VİDEO

Göyçay rayonuna yağan güclü leysan yağışlar fəsadlar törədib.

Report” xəbər verir ki, nəticədə dünən günorta saatlarından etibarən Göyçay çayı üzərindəki nəqliyyat körpüsü yuyularaq yarasız vəziyyətə düşüb.

Tədricən axşama doğru proses daha da fəallaşıb. Göyçay-Qaraməryəm avtomobil yolu üzərində yerləşən körpünün istifadəyə yararsız vəziyyətə düşməsi ilə əlaqədar oradan avtomobilərin hərəkəti tamamilə dayandırılıb. Hazırda Bərgüşad istiqamətində alternativ yollardan istifadə olunur.

Ölkənin əsas magistral yollarından biri üzərində yerləşən körpü qəzalı vəziyyətdə olsa da, tamamilə dağılmayıb. Baş vermiş vəziyyətlə əlaqədar rəsmi qurumlar tərəfindən araşdırmalar aparılararaq müvafiq addımlar atılır.

Sakinlərin “Report”a verdiyi məlumata görə, çayın sahilinə yaxın yaşayan bəzi sakinlər yaranmış təhlükəyə görə evlərini tərk ediblər. Onların sözlərinə görə, çayın yaxınlığındakı bəzi evlərin uçma təhlükəsi var.

Sel suları təsərrüfata və meyvə ağaclarına ciddi ziyan vurub. Bir çox kəndlərdə elektirik enerjisi kəsilib, qaz, su və rabitə xətti sıradan çıxıb.

Bənzər yazılar

Back to top button