Digər

Hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir: küləyin sürəti artacaq, yağıntı olacaq

23 sentyabrın axşamdan başlayaraq sentyabrın 26-na qədər Azərbaycanda qeyri-sabit hava şəraiti gözlənilir, havanın temperaturu 10-12 dərəcə enəcək, küləyin sürəti güclənəcək, yağıntı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər ki, sentyabrın 24-nə keçən gecə Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti saniyədə 15-20 metrədək güclənəcək, arabir 25-28 metrə çatacaq.

Sentyabrın 25-də gecə və səhər küləyin sürəti saniyədə 30-33 metrədək güclənəcək, Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Sentyabrın 25-də Abşeronda yağış yağacağı gözlənilir.

Havanın temperaturu tədricən 10 dərəcəyədək enəcək. Belə ki, sentyabrın 24-də günorta müsbət 23 +25, sentyabrın 25-də isə müsbət 20 +22 dərəcə olacaq.

Ölkə rayonlarında küləyin sürəti saniyədə 15-20 metr olacaq, bəzi yerlərdə isə 28-33 metrə çatacaq. Havanın temperaturu 8-12 dərəcə enəcək.

Çaylarda sululuğun səviyyəsinin artması ehtimalı var ki, bu da dağ çaylarında qısamüddətli daşqın və selə səbəb olacaq.

Fövqəladə Hallar Nazirliyi hava şəraitinin pisləşməsilə əlaqədar əhalini qabaqlayıcı tədbirlər görməyə çağırıb.

Bənzər yazılar

Back to top button