Hadisə

Xəzərdə bədbəxt hadisə: dənizə düşən neftçi ölüb

Bu gün səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb.

AzToday.az xəbər verir ki, SOCAR-dan “APA”ya verilən məlumata görə, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

Bənzər yazılar

Back to top button