Hadisə

Qarabağda 5 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə işləri davam etdirirlər.

Belə ki, Xocalı rayonu ərazisində Ermənistan istehsalı olan 5 ədəd piyada əleyhinə PMN-E minası aşkar edilib, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Minalar çıxarılaraq zərərsizləşdirilib.

Bənzər yazılar

Back to top button