İqtisadiyyat

Ümumi kredit portfelinin yarıdan çoxu 4 bankın payına düşüb – Sahibləri kimdir?

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 19 milyard 157,2 milyon manat olub.

Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, kredit portfelində biznes kreditlərinin payı 56,3% və ya 10 milyard 780,9 milyon manat olub. Bundan başqa kreditlərin 5 milyard 601,6 milyon manatını istehlak kreditləri, 2 milyard 774,7 milyon manatını isə ipoteka kreditləri təşkil edib.

Onu da bildirək ki, kredit portfeli 1 milyard manatdan çox olan 4 bank var. Bunlar “Azərbaycan Beynəlxalq Bankı” ASC (3 milyard 256,7 milyon manat), “Kapital Bank” ASC (2 milyard 855,2 milyon manat), “PAŞA Bank” ASC (2 milyard 620,5 milyon manat) və “Xalq Bank” ASC-dir (1 milyard 550,1 milyon manat).
Ölkədə fəaliyyət göstərən 26 bankın ümumi kredit portfelinin 53,7%-i və ya 10 milyard 282,5 milyon manatı adları qeyd olunan 4 bankın payına düşüb.

Qeyd edək ki, kredit portfeli 1 milyard manatdan çox olan bankların səhmdarları aşağıdakı kimi olub:

Banklar Səhmdarlar Payı
“Azərbaycan Beynəlxalq Bankı” ASC Maliyyə Nazirliyi 92,56 %
Əmlak Məsələləri Dövlət Komitəsi 3,81 %
“Aqrarkredit” QSC 0,23 %
Hüquqi şəxslər 0,34 %
Fiziki şəxslər 3,06 %
“Kapital Bank” ASC “Paşa Holdinq” MMC 99,87 %
Fiziki şəxslər 0,13 %
“Paşa Bank” ASC “Paşa Holdinq” MMC 56,8195 %
“Bless” MMC 28,1796 %
Arif Paşayev 9,9944 %
Mir Camal Paşayev 5,0066 %
“Xalq Bank” ASC “İdeal Biznes Ko” MMC 50 %
“Yevro Standar” MMC 33,85 %
“AMAL İnvest Qrup” MMC 16,15 %

Bənzər yazılar

Back to top button