İdman

Neymar qolla qayıtdı

Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar yenidən yaşıl meydanlara qayıdıb.

Qol.az-ın məlumatına görə, o, Xorvatiya ilə yoxlama matçında iştirak edib. 26 yaşlı hücumçu 46-cı dəqiqədə meydana daxil olub. Neymar 69-cu dəqiqədə komandasının ilk qolunun müəllifi olub.

Qeyd edək ki, Neymar fevralın 25-i Fransa Liqasında “Marsel”ə qarşı matçda zədələnmişdi.O, indiyə kimi matçlarda iştirak etmirdi.

Əlavə edək ki, Braziliya – Xorvatiya görüşü birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər yazılar

Back to top button