Dünya

İranda kütləvi etirazlar davam edir (VIDEO)

Bir həftədən çoxdur ki, İranda kütləvi etirazlar və hüquq-mühafizə qüvvələrilə toqquşmalar davam edir. Hakimiyyət 23 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazları yatıra bilmir. O, baş örtüyünü düzgün taxmadığına görə əxlaq polisi tərəfindən döyülmüşdü. Bundan sonra başlayan etirazlar davam edir və getdikcə vüsət alır. Artıq qarşıdurmalarda 17-dən çox adam ölüb.

İranlı qadınlar küçələrdə baş örtüklərini cırır və onları bir daha taxmaqdan imtina edirlər.

Sosial şəbəkələrdə yayılan videolar etirazların nə qədər güclü olduğunu və əxlaq polisin nə qədər qəddar olduğunu göstərir.(Turan)

Bənzər yazılar

Back to top button