İdman

“Mançester Yunayted” rekord qırdı: 384,2 milyon avro

“Mançester Yunayted” Premyer Liqada maaşlara xərclənən vəsaitə görə rekord qırıb.

Qol.az “The Guardian”a istinadən xəbər verir ki, dünən klub geridə qalan ilin maliyyə nəticələrini təqdim edərək, oyunçuların maaşlarına 384,2 milyon sterlinq xərclədiklərini bildirib. Bu da bir il əvvəlkindən 61,6 milyon çoxdur.

Qeyd olunur ki, “Mançester Yunayted” maaş xərcləri üzrə Premyer Liqa rekordunu qırıb. O, əvvəllər maaş öfənişlərinə 355 milyon sterlinq ayıran “Mançester Siti”ni geridə qoyub.

Maaş xərclərinin artması hücumçu Kriştiano Ronaldo, cinah yarımmüdafiəçisi Ceydon Sanço və müdafiəçi Rafael Varanın “Mançester Yunayted”ə transferi ilə bağlıdır.

Bənzər yazılar

Back to top button