Hadisə

188 nömrəli evakuator xidmətinin əməkdaşı: “Heç bilirsiniz bu şirkət kimindir? (FOTO)

Prezident təqaüdçüsü Tural Balabəylinin avtomobili əzilib.

Bu barədə Qaynarinfo-ya onun atası, şair Faiq Balabəyli nəlumat verib. O, qeyd edib ki, hadisə bu gün günorta saatlarında Xətai royonu Sarayevo küçəsində baş verib:

“Səfərli Tural Faiq oğlunun idarə etdiyi 90ZR 874 dövlət nömrə nişanlı “Hunday Aksent” markalı avtomobili 188 nömrəli evakuator xidməti ilə məşğul olan 90 VL 630 nömrəli maşının düzgün olmayan dönmə əməliyyatı keçirdiyi məqamda ciddi xəsarət alıb. Həmun vaxt evakuator xidməti avtomobilinin sürücüsü Turala qarşı kobudluq edib. Bu azmış kimi üstəlik Yol Patrul Xidmətinin əməkdaşları da hadisə yerini tərk edib. Tural hadisə ilə bağlı Xətai rayon Dövlət Yol Polis İdarəsinə şikayət edib. İdarənin əməliyyatçısı, polis kapitanı Polad Xəlilov Tural Balabəylinin müraciətindən sonra hadisə yerində olub və yaxınlıqdakı kameralardan görüntüləri əldə edib”.

F.Balabəyli bildirib ki, oğlu dəfələrlə 188 nömrəli evakuator xidmətinə telefon etsə də, şikayətinə məhəl qoyulmayıb. Üstəlik xidmətin əməkdaşları hədə-qorxu gəlib:

“Dəstəyi qaldıran Tamella xanım Turala bu haqda rəhbərliyə müraciət edəcəyini, ona qədərsə onları narahat etməməyi məsləhət görüb. İkinci dəfə dəstəyi qaldıram xanım isə özünü təqdim etmədən “Siz bilirsiniz bu şirkət kimindir? Özünüzü zibilə salmayın. Bir hadisədi, olub, olub da”, – deyib.

Bənzər yazılar

Back to top button