Dünya

Donald Tramp: “ABŞ cəhənnəmə gedir”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsinin gələcəyi haqda bədbin danışaraq deyb: “ABŞ cəhənnəmə gedir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tramp bu sözləri “Fox News”averdiiy müsahibədə səsləndirib.

“Mən bu ölkədə respublikaçılardan, demokratlardan, liberallardan və ya mühafizəkarlardan daha vacib olan güclü liderlik görmək istəyirəm. Ölkəmiz cəhənnəmə gedir. Millət tənəzzül içindədir”,-deyə o, bildirib.

Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı qəti söz deməsə də, bunu istisna da etməyib.

“Mən bu ölkəni sevirəm. COVID-dən əvvəl tarixdə heç vaxt olmayan bir ölkəmiz var idi”,-deyə o, bu cümləni işlədib.

Ağ Evin sabiq rəhbəri yenidən seçiləcəyi təqdirdə öncə Baydenin açıq sərhəd siyasəti çərçivəsində sərhədi qeyri-qanuni keçən “cinayətkar” immiqrantların deportasiyası ilə məşğul olacağını bildirib. “İndi ölkədə milyonlarla insan var ki, onlar burada olmamalıdırlar. Üstəlik, onların çoxu cinaytkardırlar. Milyonlarla insan ölkəmizi zəhərləyir”,-deyə o, söyləyib.

Bənzər yazılar

Back to top button