İdman

Ronaldu mövsümün sonunda “Yuventus”dan ayrıla bilər

Mövsümün sonunda Kriştianu Ronaldu və “Yuventus”un yolları ayrıla bilər.

Fanat.Az xəbər verir ki, jurnalist Pyetro Baltsano “Twitter” hesabında bu barədə məlumat yayıb:

“İndilik bu məlumatlar “söz-söhbət” də adlandırıla bilər, amma mənə müxtəlif mənbələrdən informasiya daxil olduğu üçün məsələ diqqətimi çəkir. Mövsümün sonunda Ronaldu “Yuventus”dan ayrıla bilər. Mənə bu barədə məlumat daxil olub. Təkrar edirəm: indilik bunları “söz-söhbət” də adlandıra bilərik. Gözləmək lazım gələcək”.

Cari mövsümdə 31 matçda meydana çıxan Ronaldu 25 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button