İdman

Hans-Diter Flik: “İndi uduzmaq dünya çempionatında məğlub olmaqdan yaxşıdır”

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik Millətlər Liqasında ötən gecə Macarıstana uduzduqları matç (0:1) barədə danışıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis deyib:

“İndi uduzmaq dünya çempionatında məğlub olmaqdan daha yaxşıdır. İlk hissəni çox pis keçirdik, kifayət qədər fəal olmadıq, özümüzdən əmin deyildik. Çox sadə səhvlər etdik. İkinci hissə daha yaxşı oldu. Lakin biz kifayət qədər qol vəziyyətləri yaratmadıq”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, noyabrda Qətərdə başlayacaq dünya çempionatında Almaniya millisi Yaponiya, İspaniya və Kosta-Rika ilə E qrupunda mübarizə aparacaq.

Bənzər yazılar

Back to top button