Cəmiyyət

Ukraynada müharibədə valideynlərini itirən 29 uşaq Azərbaycanda reabilitasiya keçəcək

Ukraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirən daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin məlumatına görə, Azərbaycana gətirilən 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi bildirirb ki, uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək”, deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, bundan öncə də müharibədən əziyyət çəkən bir neçə qrup ukraynalı uşaq Azərbyacanda reabilitasiya keçib.

Bənzər yazılar

Back to top button