Siyasət

“Sərhədsiz reportyorlar” İsveçli jurnalistin təqibini pisləyir

İsveçdə frilanser jurnalist Rasmus Kanbek Azərbaycan hakimiyyətinin tərəfdarlarının təqib obyektinə çevrilib. Xüsusən, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov bu kampaniyanın iştirakçısıdır, bu barədə “Sərhədsiz Reportyorlar” mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir.

Rasmus Kanbekin işi “Avropa ölkələrində jurnalistlərin qorxudulması və mətbuat azadlığının zəiflədilməsi məqsədilə” Azərbaycan hakimiyyətinin müdaxiləsinin rəmzidir, deyə “Sərhədsiz Reportyorlar”ın nümayəndəsi Janna Kavelye qeyd edir.

“Azərbaycanda plüralizmin məhvi ilə kifayətlənməyən hakimiyyət öz sərhədlərindən kənarda istənilən tənqidi səsi tərəddüd etmədən təqib edir. “Sərhədsiz Reportyorlar” bu təqibə son qoymağı tələb edir və İsveç hökumətindən, onun xarici işlər naziri Ann Lindedən bunu Azərbaycan səfirinə xatırlatmağı xahiş edir”, deyə bəyanatda bildirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Konkret faktlara gəlincə, Rasmus Kanbek Tvitter-də qarayaxma kampaniyasının qurbanı olub. O, Blankspot internet jurnalında Qarabağdakı münaqişə haqqında hesabatlar, habelə “kürü diplomatiyası” – Azərbaycan hakimiyyətinin istifadə etdiyi lobbiçilik və korrupsiya strategiyası ilə bağlı araşdırmalar dərc edib.

Qarayaxma kampaniyası 2022-ci ilin mayında, İsveçin bir analitika mərkəzinin Bakı rejimi ilə əlaqələri haqqında məqalə dərc edildikdən sonra güclənib. 1-21 sentyabr 2022-ci il tarixlərində jurnalistin hesabına 900 dəfə hücum olub.

Rasmus Kanbek avqustun 29-dan etibarən #FaceOfCorruption heşteqinin hədəfinə çevrilib. Heşteqdən ABŞ-ın Bakının hərəkətlərini tənqid edən siyasi xadimlərinə qarşı da istifadə olunub.

Azərbaycan diasporunun nümayəndələri tərəfindən bu hücumlar Blakspot-un direktoru Martin Şibbiyə qarşı da yönəlib.

Azərbaycan KİV-lərində Rasmus Kanbek və Martin Şibbini Ermənistan tərəfindən satın alınmış insanlar kimi əks etdirən karikaturalar dərc edilib.

Azərbaycanın İsveçdəki səfirliyi Rasmus Kanbekin müstəqilliyini şübhə altına qoymaq üçün İsveçin altı KİV-i ilə əlaqə saxlayıb.

Zaur Əhmədov müntəzəm olaraq paylaşdığı tvitlərdə Rasmus Kanbeki korrupsiyada ittiham edir və İsveç KİV-lərinin “islamofobiyası və türkofobiyası” olduğunu iddia edir.

Avqustun ortalarında paylaşdığı (artıq silinmiş) tvitlərində səfir Rasmus Kanbekə bu sözlərlə müraciət edib: “Təxmin edirəm ki, zəngin erməni lobbisi bütün xərclər qarşılanmaqla Ermənistana etdiyiniz təmtəraqlı səfərinizdən sonra tezliklə sizi Azərbaycana qarşı böhtan fəaliyyətinizin səmərəsizliyinə görə anti-Azərbaycan təbliğatçısı vəzifəsindən azad edəcək”.

“Sərhədsiz Reportyorlar”ın sualına cavabda Zaur Əhmədov bildirib ki, jurnalisti “onu və həmsöhbətlərini təqib etməkdə” ittiham edib. O, “Azərbaycan səfirliyinin Blankspot saytında Azərbaycanın ünvanına dərc edilmiş yüzlərlə böhtan xarakterli məlumatı mübahisələndirib”.

Səfir həmçinin trollardan istifadə olunduğunu təkzib edib və “Azərbaycan diasporunun üzvlərinin dəfələrlə atılan böhtana reaksiya vermək hüququnu” dəstəkləyir.

Bu ittihamlara baxmayaraq, səfirlik hələ Rasmus Kanbekə və ya Blankspot-a qarşı heç bir məhkəməyə müraciət etməyib.

“Sərhədsiz Reportyorlar”ın bəyanatında qeyd edilir ki, Bakı ölkənin hüdudlarından kənarda tənqidi səsləri çoxdan təqib edir. Son günlər Tvitterdə “xainitanı heşteqi ilə bu kampaniya güclənib. Kampaniya hakimiyyətin Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar üzrə siyasətini tənqid edənlərə qarşı başlayıb.(Turan)

Bənzər yazılar

Back to top button