Siyasət

Paşinyan ordunu Qarabağdan Yerevana çağırdı – Müxalivətlə hesablaşmaq üçün…

Ermənistanın Baş naziri Nikol Paşinyan ordu hissələrini Qarabağdan Yerevana çağırıb.

Pia.az bildirir ki, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

“Bu gün ön cəbhədə əsgərlərin əks olunduğu onlarla videoya baxdım. Uşaqlar, siz haqlısınız. Sizi Yerevanda gözləyirəm. Divar dibində ulayanlarla məsələni həll edək”, – deyə Paşinyan yazıb.

Ermənistanın müxalifətçi şərhçiləri bəyan ediblər ki, məhkəmələrdə siyasi rəqiblərinə qarşı mübarizədə uğursuzluğa düçar olduğuna görə, hökumətin başçısı özünə sadiq hərbi birləşmələri Yerevana çağırıb. Qeyd edək ki, bundan əvvəl Ermənistan məhkəmələri istintaq orqanlarının müxalifət liderlərinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarlarını ləğv ediblər.

Erməni müxalifətinin fikrincə, bu, vətəndaş müharibəsinə doğru ilk addımdır. Hökumət başçısı narazı insanları və müxalifəti ordunun siyasi proseslərə müdaxiləsi ilə hədələdiyi üçün…

Xatırladaq ki, məhkəmə bu gün həbs edilmiş müxalifət liderlərini azadlığa buraxıb.

Bənzər yazılar

Back to top button