Cəmiyyət

Mətbuat Şurasının qalmaqallı qurultayı (VİDEO)

Ötən gün – sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Mətbuat Şurasının VIII qurultayı keçirilib.

Qurultayda 250-yə yaxın nümayəndə iştirak edib.

Mətbuat Şurasının İdarə Heyətinə seçkilər zamanı birdən artıq bülletenin atılması və başqa pozuntular müşahidə olunub.

Daha ətraflı Toplum TV-nin reportajında:

Qeyd edək ki, Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Həmçinin, Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. İdarə heyətinin üzvləri kimi Rəşad Məcid, Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib. Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.

Bənzər yazılar

Back to top button