İdman

“Barselona”nın Messi planı

“Barselona” sabiq futbolçusu Lionel Messini komandaya qaytarmaq istəyir.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bunun üçün artıq hazırlıqlara başlayıb. Bildirilib ki, klub rəhbərliyi bu mövsümün sonunda maaş limiti ilə bağlı hər hansı bir problem yaşamaq istəmir. “Barselona” Messinin futbolçu karyerasının Kataloniya təmsilçisində başa vurmasını istəyir. Klub ona karyerasını başa vurduqdan sonra klubun elçisi olması üçün də təklif göndərəcək.

Xəbərdə o da qeyd olunub ki, “Barselona” prezidenti Joan Laporta ilə Messi arasında görüş olub.

Qeyd edək ki, Messi ötən ilin yayı azad agent kimi PSJ-yə keçib.

Bənzər yazılar

Back to top button