Dünya

Rusiyanın nüvə silahından istifadə edəcəyi hal üçün ABŞ-ın fəaliyyət planı var – Blinken

Rusiyanın nüvə silahından istifadə edəcəyi ilə bağlı ABŞ-ın dəqiq fəaliyyət planı var.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna ABŞ dövlət katibi Entoni Blinkenin CBSNews-a müsahibəsində verdiyi açıqlamaya istinadən məlumat yayıb.

“Biz rusiyalılarla nüvə silahı haqqında danışmağı dayandırması ilə bağlı publik və özəl şəkildə danışmışıq”, – deyə rəsmi bildirib.

Ağ Evin nüvə müharibəsi təhlükəsi ilə bağlı Kremllə təmasda olub-olmaması ilə bağlı suala Blinken belə cavab verib:

“Bəli. Moskvanın bizdən eşitməsi və nəticələrinin ağır olacağını bizdən öyrənməsi çox vacibdir. Və biz bunu çox açıq şəkildə bildirmişik”.

Dövlət Departamenti rəhbərinin sözlərinə görə, “Putinin başladığı müharibədən aydın çıxış yolu var – bu, ona son qoymaqdır. Rusiya döyüşü dayandırsa, müharibə bitəcək, Ukrayna döyüşməyi dayandırsa, Ukrayna bitəcək”.

Blinken Vaşinqtonun nüvə silahından istifadəyə necə cavab verəcəyi ilə bağlı təfərrüatları bölüşməkdən imtina edib. Bununla belə, o, ABŞ administrasiyasının planının olduğunu vurğulayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button