İqtisadiyyat

Cəmil Muradov “Gilan Holdinq”in rəhbərliyindən gedib

“Gilan Holdinq” MMC haqqında dövlət reyestrindən çıxarışda yeni dəyişiklik edilib, ona əsasən icra orqanının rəhbəri Cəmil Muradov vəzifədən gedib.

“Gilan Holding” MMC (VÖEN: 1400725191) 2019-cu ildə “Gilan Holding Maliyyə-Sənaye Qrupunun Baş Şirkəti” ASC-nin təşkilati-hüquqi formasının və adının dəyişdirilməsi nəticəsində yaranıb.

70 yaşlı Cəmil Muradov holdinq yarandığı gündən (2005-ci il) ona rəhbərlik edib.

İndi şirkətin qanuni nümayəndəsinin səlahiyyətləri Mübariz Əhmədağa oğlu Hüseynova həvalə edilib.

55 yaşlı M.Hüseynovla bağlı heç bir məlumat yoxdur.

Kommersiya hüquqi şəxslərin dövlət reyestrinin məlumatına görə, C.Muradov bir neçə şirkətə (Gilan Turizm, Fobos Plaza, Az Plas Ko Ltd, Global Products Group, Tvins, Böyük Göl Sənaye, Köşəm, Tahir-91) rəhbərlik etməkdə davam edir.

O, həmçinin “Gilan” MMC-nin prezidenti vəzifəsini icra edir (1400130241).

Lakin hazırda bu şirkətin reyestr məlumatları ictimaiyyət üçün açıq olmadığından hazırda onun qanuni nümayəndəsinin kim olduğu məlum deyil. (Turan)

Bənzər yazılar

Back to top button