Hadisə

İcra başçısı obyektlərindən aylıq 300 min manat yığır – Abdin Fərzəliyev pulları xaricə daşıyır…

Uzun illər Bakının Nərimanov rayon icra başçısı postunu tutmuş, hazırda Abşeron rayonunda eyni vəzifəni daşıyan Abdin Fərzəliyev bir məmurdan daha çox oliqarxdı. Onun təkcə Nərimanov rayonunda saysız-hesabsız əmlakları, biznesi mövcuddur. Yəni Fərzəliyev vəzifədən kənarlaşdırılsa belə yenə gəlirləri, qazancı azalan deyil. Çünki hər ay Nərimanovda olan obyektlərdən əldə etdiyi mənfəət kifayətdir. O, rayona başçılıq etdiyi dövrdə böyük sərvət toplayıb və təbii ki, buna qeyri-qanuni yollarla, korrupsiya və maxinasiya sayəsində əldə etdiyi vəsaitlə nail olub. Əks halda bir məmurun dövlət maaşı ilə bu cür varlanması mümkün deyildi.

Tia.az məlumat verir ki, Abşeronun icra başçısının Nərimanov rayon Əhməd Rəcəbli küçəsində, keçmiş erməni qəbristanlığı ərazisində oteli, klinikası, iş mərkəzləri və kafe- restoranlarından gələn gəliri aylıq 300 min manatdan çoxdur. Ümumən Fərzəliyevin bu müddət ərzində topdağıtmaz sərvətə sahib olduğu iddia olunur. Fərzəliyev həm də Prezidentin keçmiş köməkçisi Əli Həsənov və Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs kimi tanınırdı.

Məsələn: Dövlət əmlakının reyestr sənədləri sübut edir ki, Nərimanov rayonunda, T.Şıxəliyev küçəsi 19 ünvanında fəaliyyət göstərmiş Bakı Humanitar Kolleci və ona qonşu olan 50 sot park ərazisi Abdin Fərzəliyev tərəfindən özəlləşdirilərək Ramiz Mehdiyevə hədiyyə edilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Abdin Fərzəliyevin təkcə Əhməd Rəcəbli küçəsi və ona paralel küçələrdə yerləşən torpaq sahələrinin satışından 1.5 milyard manatdan çox vəsaiti mənimsəməsi mətbuatda qeyd edilib.

Abdin Fərzəliyev dəfələrlə iddia edib ki, o, topladığı vəsaitin bir hissəsini Rusiyanın Həştərxan vilayətinin abadlığına xərcləyib.

Reallıq isə belədir ki, Nərimanovda toplanan yüz milyonlarla manat maliyyə vəsaitinin ölkə xaricinə çıxarılması üçün Həştərxandakı layihələr sadəcə koridor olaraq istifadə edilib.

Bənzər yazılar

Back to top button