Dünya

Avropanın yaşayış üçün ən əlverişli şəhərləri bəlli oldu (SİYAHI)

Avropanın həyat keyfiyyətlərinə görə, ən gözəl şəhərləri seçilib.

Qaynarinfo xəbər verir ki, bu barədə ECA İnternational konsaltinq şirkəti hesabat yayıb. Hesabata görə, bunlar Kopenhagen, Bern, Haaqa, Cenevrə və Norveçin Stavanger şəhərləridir. Bu şəhərlərin ardınca isə Eydhoven və Amsterdan, Bazel, Dublin, Lüksenburq, Göteborq yer alıb. Orxus, Rotterdam, Sürix, Bonn və Münhen, Vyana, Hamburq, Stokholm və Edinburq isə iyirmiliyi tamamlayıblar.

Bundan əlavə mühacirlər üçün ən cəlbedici qeyri-avropa ölkəsi isə Kanada olub. Xüsusən də Vankouver və Toronto şəhərləri.

HMütəxəssislər qiymətləndirmə apararkən bir sıra amilləri, o cümlədən tibbi xidmətin mövcudluğu, mənzil fondunun vəziyyəti və kommunal xidmətlərin keyfiyyəti, təhlükəsizlik, infrastruktur və şəhər icmalarının mövcudluğu, istirahət zonalarına çıxış, iqlim və s. nəzərə alıblar.

Bundan əvvəl isə mütəxəssislər ən bahalı daşınmaz əmlakı olan şəhərlərin siyahısını tərtib etmişdilər. Bunlar London, Paris, Moskva, Vyana və Berlin olmuşdu.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button