İdman

“Sən futbolun mənə bəxş etdiyi qardaşsan” – Neymar Alvesin ad gününü təbrik etdi

PSJ-nin hücumçusu Neymar Braziliya millisindəki komanda yoldaşı Dani Alvesi doğum günü münasibətilə təbrik edib.

Fanat.Az xəbər verir ki, Neymar instaqram hesabında Dani ilə şəklini paylaşıb və qeyd edib:

“Təbriklər, Dani. Tanrı səni qorusun. Sənə dünyanın bütün nemətlərini arzulayıram. Sən futbolun mənə bəxş etdiyi qardaşsan”.

Braziliyalı cinah müdafiəçisi komanda yoldaşına təşəkkür edib: “Səni sevirəm, qardaşım. Çox darıxmışam”.

Qeyd edək ki, Dani Alves mayın 6-da 37 yaşına qədəm qoyub.

Bənzər yazılar

Back to top button