Dünya

Havay adaları silkələnir: 24 saatda 500 zəlzələ

ABŞ-ın Havay ştatındak Kilauea yanardağının yerləşdiyi ərazidə son 24 saat ərzində 500 zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, bunlardan ən güclüsü yanardağın 5 km cənub-qərbində, yerin 1,1 km dərinliyində qeydə alınıb. Zəlzələdən sonra Kilaueadan yüksələn külün hündürlüyü 2,5 km-ə çatıb.

Ətrafa yayılan lavalar səbəbilə məhv olan evlərin sayı 87-yə çatıb. Bu günə qədər 2 min nəfər evakuasiya edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button