Hadisə

Salyanda ağır yol qəzasında ölənlərin sayı 3-ə çatdı

Salyan rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb.

“Report”un Aran bürosu xəbər verir ki, yol qəzası zamanı ağır bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Hacıyev Ələsgər Aqil olğu həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, axşam saatlarında rayonun Noxudlu kəndi ərazisində baş verən ağır yol qəzası zamanı bir ailənin 2 üzvü ölüb, 3 nəfəri isə xəsarət alıb.

Həmin ərazidə baş verən yol qəzasında bir ailənin 5 üzvü – Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Z.Məmmədova və T. Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button