Cəmiyyət

Azərbaycanda məktəbyaşlı qızlar tərəfindən minlərlə körpə dünyaya gətirilib – Rəsmi

Ötən il Azərbaycanda 112 min 284 körpə doğulub.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, doğulan körpələrin 8,4%-i və ya 9 min 476-sı 20 yaşadək analar tərəfindən dünyaya gətirilib. Yeni doğulan körpələrin 1 650-si isə 16-17 yaşlı analar tərəfindən doğulub. Onlardan 341-i 16 yaşlı, 84-i isə 16 yaşdan aşağı analar tərəfindən dünyaya gətirilib.

Məlumat üçün bildirək ki, “Ailə Məcəlləsi”nin tələbinə görə Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Bəzi istisna hallarda 17 yaşda nikaha icazə verilir (Maddə 10). Bu, həm də o deməkdir ki, son bir il ərzində 425 uşaq qeyri-rəsmi nikahdan doğulub.

Azərbaycanda 15-17 yaş həm də məktəbyaşı hesab olunur və bu o deməkdir ki, 1 650 körpə həm də məktəbyaşlı qızlar tərəfindən dünyaya gətirilib.

Onu da bildirək ki, məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı son illərdə azalıb.
Son 12 ildə məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı belə olub:

İllər Məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı
2010 4 103
2011 4 392
2012 3 236
2013 2 855
2014 3 296
2015 2 895
2016 2 809
2017 2 421
2018 2 129
2019 2 320
2020 1 917
2021 1 650

Bənzər yazılar

Back to top button