Dünya

ABŞ Ukraynaya əlavə olaraq 1,1 milyard dollar dəyərində silah ayırıb

Çərşənbə günü Bayden administrasiyası Ukraynaya təhlükəsizlik sahəsində əlavə 1,1 milyard dollarlıq yardımı elan edib.

Pentaqon 18 yeni HIMARS və onlara döyüş sursatı, həmçinin 150 zirehli çoxməqsədli maşın, 150 taktiki yedək maşını, 40 yük maşını və ağır texnikanın daşınması üçün 80 qoşqu, pilotsuz aviasiya kompleksləri üçün iki radiolokasiya sistemi, 20 çoxməqsədli radiolokasiya sistemi yeni, həmçinin təhlükəsiz rabitə sistemləri və zirehli jiletlərin daxil olduğu yeni paketi anons edib.

Bəzi mənbələrə görə, bu silahlar Ukraynaya dərhal gəlməyəcək.

Qarşıdakı 22-ci belə paketin elanı Ukraynanın Rusiya tərəfindən işğal olunmuş 4 bölgəsində keçirilən saxta “referendum”dan sonraya təsadüf edib.

“Bu, Moskvanın iradəsidir, Ukraynanın və ya onun xalqının azad iradəsi deyil”, – Dövlət Departamentinin nümayəndəsi Ned Prays jurnalistlərə deyib.

“Bu, tamamilə saxtalaşdırılıb və Ukrayna xalqının iradəsini əks etdirmir. Rusiya bu saxta referendumlardan Ukrayna ərazisini anneksiya etmək cəhdində bəhanə kimi istifadə edir. ABŞ Rusiyanın Ukraynanın bəzi hissələrini anneksiya etmək cəhdlərini heç vaxt tanımayacaq. Əksinə, biz Rusiyaya daha çox təzyiq göstərmək üçün müttəfiqlərlə və tərəfdaşlarla işləməyə davam edəcəyik”, – o deyib. (Turan)

Bənzər yazılar

Back to top button