GündəmManşetSiyasət

ABŞ Bakı və Yerevan arasında sülh danışıqlarında fəal iştirak etdiyini bildirib

ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə “bir çox kanallar”la dərindən cəlb edilib.

“Biz tərəflər arasında gərginliyin səngiməsi möhkəmləndirmək üçün bir neçə səviyyədə, bir neçə kanalla qarşılıqlı fəaliyyət göstəririk”, – Dövlət Departamentinin nümayəndəsi Ned Prays çərşənbə günü mətbuat üçün brifinq zamanı bildirib.

Praysın şərhi Turan-ın müxbirinin “Çərşənbə axşamı milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Hikmət Hacıyev və Armen Qriqoryanla görüşü bundan öncə Nyu-Yorkda Entoni Blinken, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə başlanmış prosesin tərkib hissəsidirmi” sualına cavab olaraq səslənib.

Prays deyib ki, Ağ Evdə Hacıyev və Qriqoryanın görüşü milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilib. Öz növbəsində dövlət katibi Blinken Xarici İşlər nazirliklərindən olan həmkarları ilə danışıqlar aparıb. Katib həmçinin Ermənistan və Azərbaycanla liderlər səviyyəsində də qarşılıqlı əlaqə yaradıb.

Səfir Filip Rikerə gəlincə, o, “erməni və azərbaycanlı həmkarları ilə fəal əlaqə saxlayıb”, – Prays əlavə edib.

“Əlbəttə, keçən həftə o, Nyu-Yorkda bizimlə, dövlət katibi ilə birlikdə idi. O, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə üçtərəfli görüşümüzdə iştirak edib. Bu yaxınlarda o, Cənubi Qafqazda olub, yüksək vəzifəli şəxslərlə şəxsən görüşüb. Beləliklə, o, prosesə dərindən qarışıb”, – Prays bildirib.

“Əlbəttə, keçən həftə o, Nyu-Yorkda bizimlə, dövlət katibilə birlikdə idi. O, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərilə üçtərəfli görüşdə iştirak etdi. Bu yaxınlarda Cənubi Qafqazda olub, yüksək vəzifəli məmurlarla şəxsən görüşüb. Odur ki, o, prosesə dərindən cəlb edilib”, – Prays deyib.

Bənzər yazılar

Back to top button