İdman

Messi PSJ ilə müqaviləni artırmaq istəmir

PSJ-nin futbolçusu Lionel Messi Paris Paris klubu ilə müqaviləni yeniləmək fikrində deyil.

Qol.az xəbər verir ki, bu barədə ispan jurnalist Mikel Blasquez məlumat yayıb. O bildirib ki, argentinalı hücumçu gələn mövsüm PSJ-də oynamaq istəmir.

Qeyd edək ki, Messi 2021-ci ilin avqust ayında azad agent kimi PSJ-yə keçib. Bu mövsüm Paris klubunda 11 oyuna 6 qol, 8 məhsuldar ötürmə ilə yadda qalan 35 yaşlı futbolçunun sabiq klubu “Barselona”ya qayıdacağı haqda xəbərlər yayılıb.

Bənzər yazılar

Back to top button