İqtisadiyyat

“Vitrində “bakkuş”un qiyməti 1,50 yazılır, kassada 1,95 olur” – Deputat

Milli Məclisin deputatı Rüfət Quliyev supermarketlərdən şikayətlənib.

AzToday.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Digər bir problem isə supermarketlərlə bağlıdır. Hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”.

Bənzər yazılar

Back to top button