Dünya

Putin Zaporojye və Xersonun “müstəqilliyi” ilə bağlı fərman imzaladı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “müstəqil ərazilər kimi” tanınması haqqında fərman imzalayıb.

Yeniavaz.com “Gazeta.ru”ya istinadla xəbər verir ki, sənədlərdə Zaporojye və Xerson vilayətlərinin “dövlət suverenliyi və müstəqilliyinin tanınması” barədə qərar qəbul edilir.

Qondarma fərmanlar imzalandığı gündən – sentyabrın 29-dan qüvvəyə minib.
Bildirilib ki, sənədlər “regionların Rusiya Federasiyasına qəbulu” ilə bağlı növbəti rəsmi qərarın verilməsi üçün texniki rəsmiyyətdir.

Qeyd olunur ki, bu gün – sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) Rusiya prezidenti Vladimir Putin dörd ərazinin Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair qondarma sazişlər imzalayacaq. Mərasim Kremlin Georgiyevski zalında baş tutacaq və Putin burada Xerson və Zaporojye vilayətlərinin, Luqansk və Donetsk “Xalq Respublikaları”nın “rəhbərləri” ilə də görüşəcək.

Bənzər yazılar

Back to top button