İdman

“Real” transfer danışıqlarına başladı – 174 milyon avro…

“Real” transfer çalışmalarına start verib.

Fanat.Az xəbər verir ki, Madrid klubu “Çelsi”dən Kallum Hudson-Odoyu heyətinə qatmaq istəyir. “Kral Klubu”nun prezidenti Florentino Peres və baş məşqçi Zinəddin Zidanın 19 yaşlı forvardın transferini çox istədiyi deyilir.

“Çelsi”nin gənc futbolçu üçün 150 milyon funt-sterlinq (174 milyon avro) tələb etdiyi bildirilir. “Real”ın bu məbləği mümkün qədər aşağı salmağa çalışdığı deyilir.

Qeyd edək ki, Kallum Hudson-Odoy cari mövsümdə 13 oyuna çıxaraq 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button