Hadisə

Bərdədə vəzifəli şəxs Azərbaycan bayrağını qoparıb tulladı – Video

Bərdə Rayon İcra Hakimiyyətinin işçisinin Azərbaycan bayrağını asıldığı yerdən qoparması və tullamasını əks etdirən kadrlar müzakirələrə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlara bağlı Bərdə Rayon İcra Hakimiyyəti münasibət bildirib:

“İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun sosial şəbəkələrdə yayılmış qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir. Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb.

Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yayılan görüntülər polis tərəfindən araşdırılır.

Sözügedən kadrları təqdim edirik:

Bənzər yazılar

Back to top button