Dünya

Dövlət Departamenti: ABŞ Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələri verəcək

ABŞ Rusiya qoşunlarına qarşı dayanmaq üçün Ukraynaya lazım olan silahları vermək niyyətini təsdiqləyib.

“Prezident Putinin strategiyası bizimki kimi dəyişib” , – Prays gündəlik brifinqdə deyib.

Onun şərhləri bazar ertəsi səhər tezdən Rusiya qoşunları pilotsuz təyyarələrlə Ukraynaya zərbə endirərək mühüm infrastruktura ziyan vurduqda və elektrik enerjisini kəsdikdən sonra səslənib. Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndələri bildiriblər ki, onlar Rusiyanın Kiyevə atdığı 35 pilotsuz təyyarədən 20-ni vurublar.

Putinin hərbi strategiyası ilə bağlı Turan-ın sualını cavablandıran Prays deyib ki, Putinin strategiyası “uğursuzluğa düçar olub və dəyişib”.

“Fevralın 24-nə qədər o düşünürdü ki, maksimum altı gün Ukraynaya nəzarət edə biləcək, Kiyevdəki hökuməti devirərək və Ukrayna xalqını özünə tabe edərək Ukraynanın faktiki lideri ola biləcək. On ay keçdi və Putinin hədəflərinin uğursuzluğa düçar olduğu məlumdur. Odur ki, onun strategiyası dəyişdi və indi kəskin qəddarlığa çevrildi”, – Prays deyib.

Putin qışı silaha çevirməyə çalışır-mühüm əhəmiyyətli infrastrukturu məhv etmək və Ukrayna xalqını istilikdən, elektrikdən, sudan məhrum etmək istəyir ki, adamlar soyuq qışda çıxa bilməsinlər.

“Ancaq biz ukraynalı tərəfdaşımızı bu obyektləri qorumaq üçün lazım olanlarla təmin edirik, hava hücumundan müdafiə sistemlərinə xüsusi diqqət yetiririk”, – o deyib.

Müharibənin ilk günlərindən Vaşinqton NASAMS da daxil olmaqla. “Stinger” və digər hava hücumundan müdafiə sistemlərii göndərdi. Son aylarda onlara enerji infrastrukturunu qoruya biləcək “daha mürəkkəb və effektiv sistemlər” verildi. İranın Rusiyaya döyüş dronları tədarükünə gəlincə, Ukrayna bu dronlara qarşı effektiv şəkildə dayandı, Tehran isə bu vəhşiliyin və qəddarlığın iştirakçısı oldu, Prays deyib.

O əlavə edib ki, Vaşinqton Rusiyanın Ukrayna ilə müharibəsində Belarusun Putinə əlavə dəstək verib-verməməsini diqqətlə izləməyə davam edəcək və Lukaşenko rejiminə qarşı əlavə sanksiyalar tətbiq etmək üçün “lazımi şəkildə” reaksiya verəcək.

Bənzər yazılar

Back to top button