DünyaGündəmManşet

Putindən nüvə silahı ilə bağlı vacib açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Ukraynanın 4 regionunun ilhaqı ilə bağlı sənəd imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Putin çıxışı zamanı Rusiyaya daxil olunan Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə hər hansı hücumun Rusiyaya hücum olduğunu bildirib. O həmçinin ABŞ-ın İkinci Dünya müharibəsində nüvə silahından istifadə etməsini xatırladıb.

“ABŞ keçmişdə Yaponiyaya iki nüvə silahı atıb. Onlar nüvə silahından istifadə etməklə presedent (keçmişdə baş vermiş və hazırkı dövrə atılan addımlara nümunə və ya əsas ola biləcək hadisə) ortaya çıxarıblar”, – deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button