İdman

“Ronaldo qol vuracaq, hamı susacaq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq medianın Kriştiano Ronaldonu Portuqaliya millisinin heyətində DÇ-2022-yə aparılmaması ilə bağlı çağırışlarına münasibət bildirib.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçunun Millətlər Liqasının son matçlarında yığmada qol vura bilməməsi bəzi azarkeşlərin hiddətinə səbəb olub.

Ten Haq “Sky Sports”a açıqlamasında deyib: “Bu vəziyyətin öhdəsindən gələ biləcək futbolçu Kriştiano Ronaldodur. Çünki o, karyerası ərzində bütün dünya tərəfindən diqqətlə izlənilib. Ona həmişə böyük ümidlər olub. Ronaldonun milliyə qayıdacağına əminəm. O, bütün karyerası ərzində qollar vurub və bu il də eynisini edəcək. Və sonra, məncə, hamı susacaq”.

Bənzər yazılar

Back to top button