İdman

Klopp: “Bunu görmək sadəcə dəhşətli idi”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 9-cu turunda “Brayton”la heç-heçə etdikləri oyunu (3:3) şərh edib.

Qol.az Britaniya mətbuatna istinadən xəbər verir ki, o, yaxşı müdafiə olunmadıqlarını söyləyib: “Mən dəfələrlə “Brayton”unun hücumçularının müdafiə xəttimizi yardığını gördüm. Mənim üçün bunu görmək sadəcə dəhşətli idi. Trossardın qollar vurduğu o anlarda qətiyyən yaxşı müdafiə olunmadıq. Müxtəlif mövqelərdə problemlər yarandı. 3:3 hesabı “Liverpul” üçün məğlubiyyət kimidir. Bu dövrü keçmək üçün mübarizə aparmaq lazımdır. Futbolçular daha yaxşı oynaya bilirlər. Onların bunu göstərə biləcəkləri şərait yaratmaq mənim işimdir”.

Qeyd edək ki, “Liverpul” hazırda 7 oyundan 10 xalla 9-ci pillədə qərarlaşıb.

Bənzər yazılar

Back to top button