Dünya

ABŞ və Türkiyə rəsmi şəxsləri elan olunmamış görüşdə Ukrayna və NATO-nu müzakirə ediblər

Bazar günü İstanbulda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jeyk Sallivanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İbrahim Kalın ilə görüşü olub. Görüşdə “Finlandiya və İsveçin NATO-ya daxil olması istiqamətində irəliləyişlər” müzakirə edilib”, – Ağ Evin bəyanatında deyilir.

Görüş barədə mətbuatda öncədən məlumat verilməyib. Həmçinin Türkiyənin Ukrayna ərazilərinin Rusiya tərəfindən anneksiyasını pisləməsi də müzakirə olunub.

NATO üzvü olan Türkiyə fevralın 24-də Rusiyanın Ukraynaya hücum etdiyi vaxtdan diplomatik balans saxlayıb. Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşıdır, həm Moskva, həm də Kiyevlə, Qara dəniz qonşuları ilə yaxın əlaqələrə malikdir. O həmçinin Rusiyanın hücumunu tənqid edib və Ukraynaya silahlı pilotsuz təyyarələr göndərib.

İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücumundan sonra hərbi alyansa daxil olmaq üçün müraciət ediblər, lakin NATO müttəfiqi Türkiyə onların namizədliyilə bağlı narahatlığını bildirib.

İyun ayında Madriddə keçirilən NATO sammiti kuluarlarında Türkiyə öz vetosunu ləğv edərkən, razılıq əldə ediblər, İsveç və Finlandiya isə Türkiyənin problemlərinin həlli üçün bəzi addımlar atmağa razılaşıblar.

Görüş zamanı Sallivan və Kalın “Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəklədiklərini, Şərqi Aralıq dənizində istənilən fikir ayrılığının həllində dialoq və diplomatiyanın vacibliyini və Rusiyanın Ukrayna ərazilərini qanunsuz anneksiya cəhdini pislədiklərini” müzakirə ediblər, bəyanatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button