GündəmManşetSiyasət

Sülh müqaviləsi üçün Azərbaycanın tələb etdiyi 5 şərt

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın baş redaktoru olduğu “Haykakan Jamanak” qəzeti Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin şərtləri barədə məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, məlumata görə, sülh müqaviləsinin şərtləri bunlardır:

1. Qarabağdakı qondarma rejimin ordusu buraxılsın;
2. Qarabağın hazırda ermənilər yaşadığı ərazisini heç bir muxtariyyət olmadan (sıfır statuslu) Azərbaycanın bir hissəsi kimi tanımaq;
3. Ermənistan ərazisindən dəhliz açmaq;
4. 1919-1920-ci illərin xəritələrinə əsasən delimitasiya və demarkasiya prosesinə başlamaq (hansı konkret kartlardan söhbət getdiyi hələ məlum deyil);
5. İtkin düşmüş azərbaycanlıların taleyini öyrənmək

Qəzet həmçinin yaxın gələcəkdə Rusiya, ABŞ, İran və Avropa İttifaqının istədiklərini dərc edəcəyini bildirib.

Bənzər yazılar

Back to top button