Cəmiyyət

Gəncə Dövlət Universitetinin rəhbərliyi talançılıqla məşğuldur (ŞOK İDDİA)

Bütün Respublika Qarabağın bərpasına çalışdığı halda, Gəncə Dövlət Universitetinin rəhbərliyi talançılıqla məşğuldur.

“Biz-Gəncə Dövlət Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqların Sizə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir. Universitet artıq idarə olunmaz hala gəlib, qanunsuzluq, özbaşınalıq baş alıb gedir”.

“RealMedia.az” xəbər verir ki, bu sözləri Gəncə Dövlət Universitetinin
professor-müəllim heyəti adından Maqbet Mütülü oğlu Əhmədov Prezident İlham Əliyevə və ayrı-ayrı dövlət qurumlarına ünvanladığı şikayət ərizəsində qeyd edib. Şikayətçi həmin müraciətin bir nüsxəsini də saytımızın elektron poçt ünvanına göndərib. Odur ki, saytımızın poçt ünvanına daxil olmuş şikayət ərizəsini olduğu kimi dərc edirik:

“Cənab Prezident! Biz-Gəncə Dövlət Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqların Sizə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir. Universitet artıq idarə olunmaz hala gəlib, qanunsuzluq, özbaşınalıq baş alıb gedir.

Məlum edirik ki, Gəncə şəhərində yerləşən universitetlərin hamısında əmək haqqı Gəncə Dövlət Universitetindən xeyli yuxarıdır. Ancaq GDU-da tələbələrin sayı və ödəniş haqqı o biri universitetlərdən çoxdur. Rektor Yusif Yusibov əməkdaşlara deyir ki, nə vaxt nazir dövlət sifarişi ilə oxuyan tələbələrin ödəniş haqqını qaldırsa, onda biz bu məsələyə baxa bilərik. Universitetin büdcəsi rəhbərlik tərəfindən talan olunur. Keçən il alınmış stolları, stulları, lövhələri, partaları, mebelləri, nootbukları bu il çıxarıb təzəsini alırlar. Çıxarılan avadanlıqlar isə silinərək satılır. Heç bir avadanlığın qaimədəki qiymətlri ilə real qiymətləri uyğun gəlmir. Baha qiymət yazılır, ancaq bu qiymətdən 5-6 dəfə ucuz keyfiyyətsiz mallar alınır. On manata alınacaq avadanlıqları beş-altı dəfə baha qiymətə sənədləşdirib pulları silirlər. Bundan başqa universitetin pullarını təmir adı ilə silirlər, amma təmiri isə dekanlardan pul yığıb onlara etdirirlər.

Baş nazir Əli Əsədov Elm və Təhsil Nazirliyində olan 89 xidməti maşınların sayını 13-ə saldığı halda bizim universitetdə günü-gündən maşınların sayı artır, rektorun köməkçisinə, prorektorlara, müşavirinə, magistr təhsili belə olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə də xidməti maşın və sürücü ayırıblar (20 AA 522). Bu maşınlar üçün də qarşısına asfalt salmaq üçün hər dekandan 500 manat almaqla universitetin həyətində maşın dayanacağı düzəldilir. Azərbaycan Texnologiya Universitetində cəmi 2 maşın biri rektorun, biri isə prorektorun var. Amma GDU-da 8 xidməti maşın var. Söhbət maaş artımından düşəndə isə rektor cənabları az qalır dəsmal çıxardıb ağlaya ki, heç indiki maaşı verməyə pulumuz çatmır.

Elm və Təhsil nazirindən soruşmaq istəyirik ki, necə olur başqa universitelərdə əmək haqqı Gəncə Dövlət Universitetinən xeyli yüksəkdir? Prezident fərman verib minimum əmək haqqını 300 manat edəndə Gəncədəki universitetlər maaşları 20-40 % artırdı. Azərbaycan Texnologiya Universiteti 14 sentyabr 2022-ci ildə Elmi Şuranın qərarı ilə maaşları yenidən 20 % artırdı. Amma bunlar GDU-da baş vermədi. Minimum əmək haqqı 300 manat olsa da GDU-da tədris-köməkçi heyət hələ də 250-270 manat maaş alırlar. Bir ştat dosent vəzifəsini tutan şəxsin maaşı digər universitetlərə nisbətən GDU-da qat-qat aşağıdır. Azərbaycan İqtisad Universitetində dosent üçün saat hesabı dərsin 1 saatının ödəniş haqqı 27 manat, Azərbaycan Texnologiya Universitetində 12 manat, Gəncə Dövlət Universitetində isə 3 manat təşkil edir. Səbəb acınacaqlı olsa da yazmalıyıq. Rektor ailəsini dağıtdığı öz məşuqəsi Zəhra Əliyevaya, onun bacılarına, digər əqrəbalarına, aldığı müxtəlif obyektlərə, kartları ciblərdə olan ölü canlara olan xərclərdən artıra bilmir. Rektor həm də maşın həvəskarıdır. Onun kolleksiyasındakı bütün bahalı maşınların hamısının nömrəsi xidməti maşınına uyğundur (20 AA 082).

Bu kimi faktları çox göstərmək olar, bir sözlə GDU- da maliyyə vəsaiti düzgün xərclənmir.Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində işlədiyindən onun bu əməlləri ört-basdır edilir. Yusif Yusibov həmişə deyir ki, Mikayıl Cabbarov və Ceyhun Bayramov mənə dayı deyir.

Gəncə Dövlət Universitetində lazımsız xeyli şöbələr yaradılıb. Bu şöbələr öz funksiyasına uyğun olmayan işlərlə məşğuldur. Tələbələrin dərsə davamiyyətini yoxlamaq üçün qrup nümayəndəsi, fənn müəllimi, dekan, dekan müavini, tyutorlar var. Müxtəlif şöbələrin əməkdaşları, rektorun və prorektorun köməkçiləri, bütün günü onu-bunu güdüb kimin nə danışdığını tədris məsələləri üzrə prorektora çatdıran Məhərrəm adlı şəxs əlinə siyahı alıb dərsi pozaraq gün ərzində bir neçə dəfə bütün auditoriyalarda tələbələrin dərsə davamiyyətini yoxlayır. Maraqlıdır, onda adları yuxarıda çəkilən şəxslər nə üçündür?

İnnovasiyalar departamenti- bu şöbəni “pul silən” şöbə adlandırmaq daha düzgün olar. Bu şöbənin əksər əməkdaşları erməni əsilli olmaqla bir ailənin üzvləridir. Bu şəxslər layihə adı altında xarici ölkələrdə gəzirlər. Ortada bir şey olmasa da, universitetin pulları layihə adı altında silinərək rəhbərlik tərəfindən xərclənir. Bu pullar nə qədər şirindirsə, vaxtı ilə erməni əsilli bu qardaşlara nifrət edən indiki prorektor Şahin Xurşudov da deyir ki, nə professor, nə dosent, bütün universitet Vasif və Asif qardaşlarının çiyinləri üstündə dayanır. Amma Vasif Həsənov özü “İnformatika” kafedrasının müəllimidir, amma bu günə kimi bir saat belə dərs keçməyib. Bütün tədris ili boyunca layihə adı altında Fransada, Ruminiyada, Hollandiyada və s. gəzir. İndi bir neçə ay bundan qabaq rektorun birləşdirdiyi kafedrada inqilab yaratmaqla, müəllimləri kafedra müdirinin üstünə qaldırıb kafedranı yenidən parçalamaq və öz xalası Gülmirə Verdiyevanı müdir seçdirmək istəyir.

Universitetdə Elm və innovasiyalar üzrə prorektor vəzifəsi var və olmalıdır. Amma bu ştat ola-ola rektor əlavə “Elm şöbəsi” yaratmaq, ora bir 10000 manat alıb müdir və 5000-7000 manat alıb bir neçə də əlavə işçi götürmək istəyir. Maraqlıdır, bütün əlaqədar təşkilatlar da bu hoqqalara göz yumur.

Ümumiyyətlə, Gəncə Dövlət Universitetində işin təşkili dövrün tələblərinə çavab vermir. Qabiliyyətli kadrlara üstünlük vermək əvəzinə rektor öz dəstəsinə aid olan əməkdaşları müxtəlif vəzifələrə təyin edir. Hətta iş o yerə çatıb ki, heç bir iş qabiliyyəti olmayan, hətta yerimək imkanı olmayan, yataq xəstəsi olan əməkdaşlar – “Kimya” kafedrasında Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov və “Riyazi analiz” kafedrasında Əliqulu Quliyev ştat cədvəlində saxlanılır, onlara əmək haqqı verilir, dərslər isə bəzi adamlar tərəfindən guya əvəz olunur. Ancaq elmi dərəcəsi olan müəllimlərə əlavə olaraq 0,5 ştat əvəzçiliklə işləməyə icazə vermək istəmirlər. Əvəzində bu il hərəsindən 7000-10000 manat almaqla 18 nəfər yeni müəllim götürüblər. Müəllimlərin işə qəbul imtahanından keçə bilməyən şəxslər GDU-ya müəllim götürülür. Universitetin təsərrüfat şöbəsində çoxlu “ölü canlar” var. Bunların da maaş kartları Yusif Yusibov və Fəxrəddin Həsənovdadır.

Ümumiyyətlə, Gəncə Dövlət Universitetində kadrların işə qəbulu olduqca bərbad vəziyyətdədir. Guya ki, işə qəbul olunmaq üçün komissiya yaradılıbdır. Ancaq komissiyanın tərkibinə nə kafedra müdirləri, nə yaxşı metodist müəllimlər salınmayıb, elmdən bixəbər təsadüfü adamlar salınıblar, onların da fəaliyyəti göz qabağındadır. Kadrların vəzifəyə təyin olunması onların iş qabiliyyətinə görə deyil, başqa meyarlarla təyin olunur. Üniversitetdə işə düzəlmək üçün xüsusi preskurant təyin olunmuşdur.

Süpürgəçi 2-2,5 min manat
Laborant 3-5 min manat
Müəllim 8-10 min manat
Kafedra müdiri 5-10 min manat
Dekan 20-30 min manat və s.

Elm və Təhsil Nazirliyi universitetlərə guya müstəqillik verib, onlar da özlərinə uyğun şəkildə universitetləri idarə edir. Niyə Azərbaycan Texnologiya Universitetində, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında əmək haqları ardıcıl olaraq iki dəfə qalxdığı halda Gəncə Dövlət Universitetində əmək haqqı qaldırılmır??? Ona görə də biz GDU əməkdaşları bütün günahları Elm və Təhsil Nazirliyində görürük.

Bütün universitetlərdə vahid qaydalar olmalıdır. Amma, hər bir universitet özü üçün qaydalar tətbiq edir. Bu isə təhsildə yolverilməzdir. Tələbələrin imtahan sessiyaında hansı özbaşınalıqlar olur, onları da valideyn və ictimaiyyət yaxşı bilir.

Gəncə Dövlət Universitetində elə iş şəraiti yaradıblar ki, universitetin yaxşı müəllimləri işdən çıxıb başqa universitetlərə gedirlər. Bu il Gəncə Dövlət Universitetindən iki nəfər gənc istedadlı alimlər, kafedra müdirləri “Sosial fənlər” kafedrasının müdiri Asim Məmmədov, habelə “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının müdiri Mehdi Rəhimov öz ərizələri ilə işdən azad olaraq Mingəçevir Dövlət Universitetinə kafedra müdiri vəzifəsinə getmişlər. Soruşan yoxdur ki, onlar universitetdən niyə işdən çıxıblar? Asim Məmmədov işdən çıxma ərizəsini yazanda rektor ona “niyə etibarsızsan, bizi atıb gedirsən” deyib. Asim Məmmədov isə universitetdə yaratdığı biabırçı şəraitə görə rektoru otağında biabır etmişdir.

Qeyd: Maraqlıdır, Gəncə Dövlət Universitetinin saytında “Sosial fənlər” kafedrasına aid səhifədə hələ də kafedra müdiri kimi Tağıyev Cavad Oqtay oğlu göstərilmişdir. Halbuki, Tağıyev Cavad Oqtay oğlu 10 ilə yaxındır ki, rəhmətə gedib. Ling: http://tcf.gdu.edu.az/?page_id=250

Universitetin bütün saytı bu gündədir, işdən çıxan, on il bundan qabaq rəhmətə gedən şəxslərin adları və şəkilləri hələ də müəllim siyahısındadır, hətta onlarla əlaqə nömrələri belə göstərilib. Zatən, rektorun “sevimli oğlanları” adlanan və sayta bir başa nəzarət edən Vasif və Asif Həsənov qardaşlarının gördüyü iş bundan artıq olası deyil ki… Amma Yusif Yusibovun təbirincə desək, bunlar Atilla kimi çiyinlərini GDU-nun altına veriblər.

Təhsil nazirinin göstərişi ilə ali məktəblərdə yenidən hazırlanma və əlavə təhsil fakültəsi ləğv olunsa da onun müdiri Zakir Zeynalov ictimai əsaslarla ştatda saxlanılır (Zakir Zeynalov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin müavini, dələduzluğuna və vətəndaşı döydüyünə görə vəzifəsindən qovulan Mikayıl Zeynalovun atasıdır). Zakir Zeynalov ikinci təhsil almaq üçün müxtəlif şəxsləri tapır, onlardan 1500 – 2000 manat aralığında pul alır, həmin tələbələr isə heç bir müsahibə belə keçirilmədən birbaşa ikinci kursa qəbul edilir. Əslində isə ikinci təhsil almaq üçün ali təhsilli şəxslər rektorun adına ərizə yazmalı, tələb olunan sənədləri təqdim etdikdən sonra müsahibə əsasında istədikləri ixtisasa qəbul olunmalıdır. Bu işi isə müvafiq dekanlıqlar və tədris departamenti həyata keçirməlidir. Zakir Zeynalov təkcə bu ilin avqust-sentyabr ayında 82 nəfər tələbədən 1500-2000 manat arasında rüşvət alıb. Bu pulların bir tələbədən 500 manatı Zakir Zeynalova, qalan hissəsi isə rektor Yusif Yusibova çatır.

Yusif Yusibov universitetdə heç bir gəlir gələn yeri əlindən buraxmaq istəmir. Universitetin tələbə yataqxanasında olan tələbə yeməkxanasını rektorun köməkçisi Elsevər Nağıyev və Tələbə Həmkarlar Təşkilatının Sədri Pərviz Adıgözəlov işlədir. Tələbə yeməkxanasının aşpazı isə elə həmin Elsevər Nağıyevin anasıdır. Digər tədris korpuslarında olan yeməkxanalara isə “kafelər kralı” ləqəbli tədris məsələləri üzrə prorektor Şahin Xurşudov rəhbərlik edir.

Rektor 8 milyon manata Sovet dövründən qalma 3 yataqxananı kosmetik təmir etdirdi. Halbuki bu qədər pula böyük bir kompleks tikmək olardı.

Cənab Prezident, rektor Yusif Yusibov Sizin Gəncəyə səfəriniz müddətində həmin yataqxananın açılışına gəlməyinizi təbliğ edirdi. Lakin Siz Gəncədə olarkən bu yataqxanaların açılışına qatılmadız. Rektoru həmin an universitetdən evinə təcili yardım maşını apardı. Daha sonra pandemiya başladı, pandemiyadan sonra Emin Əmrullayev yataqxananın açılışını etdi, keçən il bir nəfər tələbə yataqxanaya gəlmədi. Çünki, orada tələbələrin yemək bişirməsi üçün, adi çay qaynatması üçün heç bir şərait yoxdur. Hər mərtəbədə cəmi bir hamam, 1 tualet var. Bir nəfər tələbənin qalması üçün bir ayda əvvəllər 70, indi isə 60 manat tələb edirlər. Ona görə də 8 milyon pul ayrılaraq xərclənən yataqxanada tələbələr qalmaqdan imtina edirlər. 750 yerlik yataqxanada hədə-qorxu ilə 4-ü bir otaqda qalmaq şərti ilə 200-ə kimi tələbə yığıblar. Onlaın da hardasa 50 nəfəri qalmaqdan imtina edir və pullarını tələb edirlər.

Rektor heç kimi qəbul etmir, hətta əvvəllər təyin olunmuş qəbul saatlarını belə ləğv edib, əksər hallarda şəhid dəfninə belə getmir, bütün işləri prorektor Şahin Xurşudova tapşırıb. Yusif Yusibov heç kimi qəbul etməsə də, tədrislə maraqlanmağa vaxt tapmasa da aptek işinə rəhbərlik etməyə vaxt tapır. Belə ki, yığılan rüşvətin hesabına Yusif Yusibovun diğər obyektləri, mağazaları azmış kimi, bir neçə aptek də alıb. Gəncə Beynəlxalq Xəstəxanasının yaxınlığında yerləşən apteklər də cənab rektora məxsusdur.

Universitetin büdcəsi təmir və layihələr adı altında talan edilir. Bu təmir isə sövet dövründən qalma otaqların divarlarının kosmetik təmiridir.

Universitetdə 90 və 100 nəfərlik patoklar var. Belə otaqlar isə yox dərəcəsindədir. Ona görə də dərsdə tələbələr oturmağa yer tap bilmir, 10-15 tələbə ayaq üstə qalır. Bu tələbənin valideyni deyə blər ki, mən təhsil haqqı ödəyirəm, mənim uşağım niyə ayaq üstdə qalmalıdır? 90 nəfərlik qrupların bölünməsinə isə Tədris departamenti icazə vermir, deyir maliyyə pozğunluğudur.

Maraqlıdır, otağa 90-100 nəfər sığışmırsa, qrupların bölünməsinə niyə icazə verilmir. Qrupda 10-15 nəfər niyə ayaq üstə dayanmalıdır?

Cənab Prezident, Universitetin idarəçilik sistemi elə bir hala düşüb ki, tədris müəssisəsi barıt çəlləyini xatırladır. Artıq burada rüşvət, təhqir, hədə-qorxu, dava-dalaş adi gündəlik bir hala çevrillib. Dəfələrlə şikayət edilməsinə baxmayaraq əlaqədar təşkilatlar heç bir tədbir görmür.

Cənab Prezident, Sizdən çox xahiş edirik ki, Universitetin Yusif Yusibovun rektorluq müddətinə düşən 2013-2022-ci illərdəki fəaliyyətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və ya Milli Məclisin Hesablama Palatası tərəfindən yoxlanılmasına göstəriş verəsiniz. Rektor Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində işlədiyindən bütün cinayətlər ört-basdır edilir.”

Hörmətlə,
Gəncə Dövlət Universitetinin
professor-müəllim heyəti adından
Maqbet Mütülü oğlu Əhmədo
v

Bənzər yazılar

Back to top button