Siyasət

Rusiya Xarici İşlər Nazirliyi erməni və azərbaycanlı əsgərlərin edam edilməsilə bağlı videonu araşdırmağa çağırıb

“Göstərilən videomateriallar həddindən artıq qəddarlıq kadrları ilə doludur. Beynəlxalq humanitar hüququn pozulması ilə bağlı bütün hallar hərtərəfli araşdırılmalıdır. Azərbaycan və Ermənistan hakimiyyətini dərhal bu videoların, o cümlədən hərbi cinayət əlamətlərinin hərtərəfli dərin təhlilini aparmağa çağırırıq. Faktlar təsdiqini taparsa, bütün günahkarlar qanunun bütün ciddiliyilə məsuliyyətə cəlb olunmalıdır”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı “Russia Today” telekanalının sorğusuna cavab olaraq bildirib.

“Rusiya regionda vəziyyətin sağlamlaşdırılması, Bakı və Yerevan arasında münasibətləri normallaşdırılması üçün ciddi səylər göstərməkdə davam edir. Biz ona əsaslanırıq ki, sülhə alternativ yoxdur. Biz tərəflərə lazımi yardımı göstərməyə hazırıq”, – o əlavə edib. (Turan)

Bənzər yazılar

Back to top button