İdman

Qvardiola Haaland ilə Messi arasındakı fərqi açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Erlinq Haalandla keçmiş oyunçusu, hazırda PSJ-də çıxış edən Lionel Messi arasındakı fərqi açıqlayıb.

Qol.az goal.com-a itinadən xəbər verir ki, jurnalistlərdən biri “Barselona”nı çalışdıdığı dövrlərdə Messiyə olduqca güvənən mütəxəssisə Haalanda da hər matçda qol vuracağı mövzusunda güvənib-güvənmədiyi barədə sual verib. Qvardiola isə deyib:

“Fərq odur ki, Haalandı bunu etməsi üçün bütün komanda yoldaşlarına ehtiyacı var. Bu, inanılmazdır. Amma Messinin elə istedadı var idi ki, bu cür şeyləri tək başına da edə bilərdi”.

Qeyd edək ki, Haaland bu ilin yayından etibarən “Mançester Siti”də oynayır. O, artıq 17 qola imza atıb. Messi isə 2008-2012-ci illərdə “Barselona”da Qvardiolanın baş məşqiliyi altında çıxış edib.

Bənzər yazılar

Back to top button