Hadisə

“Ağ şəhər”i qaraldan İdris Əliyevin qardaşının torpaq dələduzluğu

İcra hakimiyyəti torpağın vətəndaşa məxsus olduğunu bildirsə, əldə alqı-satqı sənədləri olsa da Şəmsi Əliyev bu günədək vətəndaşa dəymiş ziyanı ödəməkdən imtina edir və məsuliyyətdən yayınıb…

Bir neçə gün öncə “Prestij-V” MTK-nın rəhbəri İdris Əliyev və onun qardaşı Şəmsi əliyevin fəaliyyəti haqda “İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri:generala güvənirlər?” başlıqlı yazı dərc etmişdik. Yazıda “Ağ şəhər”də böyük tikinti işləri görən İ.Əliyevin hər yerdə nüfuzlu bir generalın adını çəkərək onun himayəsində olduğunu bildirdiyini, qardaşı Şəmsi Əliyevin də adının tikinti biznesində və torpaq biznesində hallandığını qeyd etmişdik. Təhsil Nazirliyi yaxınlığında hündürmərtəbəli binanın tikintisini həyata keçirən Ş.Əliyevin Biləcəri qəsəbəsində 48 sot torpaq sahəsini hissə hissə olmaqla bir payı bir neçə nəfərə satması haqda məlumatlar var. İcra hakimiyyəti torpağın vətəndaşa məxsus olduğunu bildirsə, əldə alqı-satqı sənədləri olsa da Şəmsi Əliyev bu günədək vətəndaşa dəymiş ziyanı ödəməkdən imtina edir və məsuliyyətdən yayınıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə zərərçəkmişlər artıq hüquq mühafizə orqanlarına müraciət ediblər.

Məsələnin təfərrüatı isə ondan ibarətdir ki,2006-cı ildə Quliyeva Şölə Kamil qızı və qardaşı Quliyev Elnur Kamil oğlu Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığında bələdiyyə sənədi əsasında Əliyev Şəmsi Səməd oğlundan hər birinin adına ayrılıqda 6 sot, ümumilikdə isə 12 sot torpaq sahəsi alır. Bunun müqabilində Əliyev Şəmsi Səməd oğluna 72000 (yetmiş iki min) manat məbləğində pul ödənilir. Həmçinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 38 və 39 saylı 14 aprel 2010-cu il tarixli qərarları ilə torpaq sahələrinin alıcıların adına olması və onların istifadə hüququnda olduğunu təsdiq edilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Torpaq alqı satqısı zamanı Əliyev Şəmsi sata biləcəyi ümumi hasarlanmış 48 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini hissə-hissə, yəni hər hissəsi 6 sot olmaqla satacağını bildirib. Ötən illər ərzində Quliyevlər həmin torpaq sahəsində ev tikmək və abadlıq işləri görmək imkanında olmadığından torpaq sahəsində heç bir iş aparmayıblar. Lakin 2021-ci ilin ortalarında həmin torpaq sahəsinin olduğu yerə baxış keçirdikdə onların aldığı ərazilərdə yaşayış sahələrinin, evlərin olduğu müşahidə edilir. Bununla bağlı şikayətçilərin cumhuriyyet.az-a ünvanladığı məktubda deyilir:”İlk öncə öz torpağımızı hasarlamadığımıza görə başqa şəxslərin bu torpaqları sahibsiz sanaraq qanunsuz şəkildə məskunlaşdığını düşündük. Sonra isə Əliyev Şəmsinin satdığı 48 sot torpaq sahəsinin içərisində yaşayan hər kəsin öz torpaqlarını Əliyev Şəmsidən aldığını, burada qanuni şəkildə məskunlaşdığını öyrəndik. Belə ki, burada yaşayış sahəsi olan hər kəsin torpaq sahələrinin sənədi var. Bizim adımıza olan torpaq sahələrinin də yerində yaşayış sahələri tikib məskunlaşan şəxslər də bu torpaqları bizim kimi Əliyev Şəmsidən aldıqlarını bildirdilər və öz sənədlərini də bizə göstərdilər. Bu isə Əliyev Şəmsinin bir torpaq sahəsinin birdən çox şəxsə satması deməkdir.

Bu açıqcasına bizim öz torpağımızdan, mülkiyyətimizdən istifadə hüququmuzun pozulması deməkdir. Bu da mülkiyyət hüququnun özünün kobudcasına pozulmasıdır. Əliyev Şəmsi bizim etibarımızdan sui-istifadə edərək dələduzluq yolu ilə bizi və digər şəxsləri aldatmış, bir torpaq sahəsini birdən çox şəxsə satmışdır. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq cinayət əməlinin hallarına aid edilir. Əliyev Şəmsi Səməd oğlu bizə aid olan əmlak hüquqlarını ələ keçirmiş və bizi aldadaraq bizə məxsus olan torpaq sahəsini başqa şəxslərə də satmışdır”.

Şikayətçilərin sözlərinə görə baş verənlərlə bağlı Əliyev Şəmsi Səməd oğluna dedikdə isə o güya bunlardan xəbərdar olmadığını və bütün bunları başqasının etdiyini demişdir. Bununla da ona torpaq sahəsinə görə ödənilən pulu qaytarmaqdan boyun qaçırmışdır. Ş.Əliyevin bu vaxta qədər cəzasız qalmasının səbəbi kimi “Ağ şəhər”də ciddi tikinti işləri aparan qardaşı İdris Əliyev və onun himayədarı olan generalın adı hallanır.

Bənzər yazılar

Back to top button