İqtisadiyyat

Xırdalanda 3 il əvvəl təmir olunan küçələr yenidən təmir olunur – 1,3 milyon ayrıldı

Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Abşeron rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Xezer-Construction” MMC (VÖEN – 1905697381) olub.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti Xırdalan şəhərində yolların təmiri işləri üçün “Xezer-Construction” MMC-yə 1 milyon 261 min 45 manat 32 qəpik ödəyəcək.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Xırdalan şəhərində təmir olunması nəzərdə tutulan küçələrədən bəziləri cəmi 3 il əvvəl əsaslı şəkildə təmir olunub.

Məsələn, tender müsabiqəsində göstərilir ki, Xırdalan şəhərinin H.Z.Tağıyev, Nizami və Səttar Bəhlulzadə küçələrində təmir işləri həyata keçiriləcək.

Xatırladaq ki, 2020-ci ildə Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqladığı məlumatda da adı keçən küçələrdə əsaslı təmir işlərinin həyata keçirildiyi göstərilib.

Bənzər yazılar

Back to top button