Hadisə

Məktəbli uşaqlara “şəhid ehsanı” adı ilə narkotik verilir? – Foto

Valideynlər uşaqlarına “şəhid ehsanı” adı ilə tərkibi bilinməyən konfet verilməsindən narahatlıq hissi keçirirlər.

Yeniavaz.com xəbər verir ki, “Whatsapp” qruplarında yayılan məlumata görə, bir valideyn oğlunun sinif yoldaşının qardaşına “şəhid ehsanı” adı ilə konfet verildiyini söyləyib.

“Oğlum konfeti götürmək istəməyib. “Şəhidin ruhu səndən inciyər” deyilərək, oğlumdan təkidlə verilən konfeti götürməsini istəyiblər, uşağın əlinin içinə qoyublar. Şəhid adı verildiyi üçün uşaq burada pis niyyətin olmadığını düşünərək konfeti götürüb, ancaq yenə də onu yemədən gətirib mənə verib. Əziz valideynlər! Uşaqlarınıza tapşırın yolda tanımadıqları insanların onlara verdikləri bu cür konfetləri götürməsinlər, kimsə onları yolda dayandırsa, dayanmasınlar. Valideynlər, uşaqları tək qoymayaq”, – deyə fotosu yayılan “Ühatsapp” mesajında bildirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırlır.

Bənzər yazılar

Back to top button