Cəmiyyətİqtisadiyyat

Bakıda əhali ərzaq məhsullarına nə qədər pul xərcləyib?

2018-ci ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,2 faiz artaraq 6 milyard 055,3 milyon manat olub.

AzToday.az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 2 milyard 656,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz artaraq 3 milyard 398,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 21,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 13,8 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,3 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

Bənzər yazılar

Back to top button