Hadisə

Hərbi Prokurorluq Daşkəsəndə aşkar edilən piyada əleyhinə minalarla bağlı araşdırma aparır

Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1 və 2 oktyabr tarixlərində erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Baş Prokurorluq bildirir ki, partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir və faktla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.

Bənzər yazılar

Back to top button